Bakıda bağça müdiri virusa yoluxan işçilərini işə çıxarır? — RƏSMİ AÇIQLAMA

SOSİAL 15 apr 2021, 19:20
Sosial şəbəkələrdə Yasamal rayonunda yerləşən 117 saylı bağçanın müdiri Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxararaq karantin qaydalarını sərt şəkildə pozması barədə iddialar səsləndirilib.

Məsələ barədə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssissələri və Uşaq Evləri İdarəsi ilə əlaqə saxladıq. 

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bldirilib ki, sözügedən bağçada fəaliyyət göstərən qruplardan birində müəllim koronavirusa (COVID-19) yoluxub:

“Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə qrup iki həftəlik karantinə bağlanıb. Həmin qrupdakı müəllim, texnik işçi və uşaqlar da evə buraxılıb. Bağça dezinfeksiya olunub”.

İdarədən qeyd edilib ki, bağçanın direktoru Solmaz Hacıyeva koronavirusa yoluxan işçilərini işə çıxması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top