Belarus prezidenti: “Kişi kimi demişəm ki, hər kəs buradan müəyyən həcmdə işlə getməlidir”


GÜNDƏM 14 apr 2021, 23:38
"Siz bilməlisiniz, belaruslar Prezident tərəfindən alqışlanan müəyyən mövqe tutublar, biz bundan sonra da özümüzü konstruktiv aparacağıq. Azərbaycan rəhbərliyi də bilməlidir ki, belaruslar etibarlı dostlar və etibarlı insanlardır. Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq".

Demokrat.az
xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən deyib.

Belarus Prezidenti daha sonra deyib:

"Mən nazirlərə kişi kimi demişəm ki, hər kəs buradan müəyyən həcmdə işlə getməlidir. Belarus naziri burada özünə iş tapmalıdır. Xüsusən ona görə ki, Prezident belaruslar üçün, onların bu son dərəcədə zəngin ölkədə işləmələri üçün qapıları geniş açıb. Bu gün mən açıq etiraf etməliyəm ki, yaxşı mənada heyrətlənmişəm ki, Azərbaycan təkcə, məsələn Böyük Vətən müharibəsi illərində Sovet İttifaqını xilas etmiş çox böyük qaz və neft ehtiyatları demək deyil. Mən tarixdən yaxşı bilirəm. Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar, onda işimiz bitərdi. Lakin sən demə, Azərbaycanın dəmir filizi ehtiyatları, müxtəlif hesablamalara görə həcmi 15 milyard dollara qədər olan böyük qızıl filizi ehtiyatları da varmış. Ona görə bu, çox zəngin, perspektivli ölkədir, onun böyük gələcəyi var".


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top