Gəncə və Odessa qardaşlaşır

XARİCİ SİYASƏT 15 apr 2021, 00:10
Azərbaycanın Gəncə və Ukraynanın Odessa şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulması haqqında müqavilənin sentyabrda imzalanması gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Vladislav Krikli Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu məsələ hazırkı səfər zamanı müzakirə olunub.

Nazir bu şəhərlər arasında birbaşa uçuşların təşkili üçün işlərin getdiyini də qeyd edib.

Krikli həmçinin Odessa Dövlət Aqrar Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumunun imzalandığını bildirib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top