Hərbi Qənimətlər Parkı: Ermənistanın miskinliyinin sübutu

SİYASİ 14 apr 2021, 13:13
Prezident İlham Əliyevin dünən açılışını etdiyi Hərbi Qənimətlər Parkı Ermənistan üzərindəki tarixi qələbəmizin əyani nümayişidir. Ermənistanda yaranan isteriya da bu addımın effektivliyini sübut edir.

Misal üçün, “İravunk” qəzeti yazır ki, Bakıda açılan bu park Ermənistanın alçaldıcı vəziyyətə düşməsinin nümunəsidir. 

Bu parkın böyük əhəmiyyəti var. Gələcək nəsillər Vətən müharibəsində qazandığımız Zəfərin əyani şahidi olacaqlar.

Lakin həmişə olduğu kimi yenə də çatlaq səsləri eşidirik, 30 il torpaqlarımızı işğalda saxlayan, əsgərimizi şəhid edən ermənilərin müdafiəsinə qaxanların olduğunu görürük. Onların nəsə deməyi reallığı dəyişdirmir. 

Reallıq budur ki, Azərbaycan qələbə qazanıb və qalib olaraq, öz zəfərini nümayiş etdirir.

Hərbi Qənimətlər Parkının açılmasının əsas məqsədlərindən biri də düşməni kiçiltmək, alçaltmaqdır. Erməni KİV-lərin yazdıqları da mesajın ünvanına çatdığını təsdiqləyir.



Dünya müharibə tarixində belə hallar həmişə olub. Misal üçün, Kopenhagen muzeyində nasist geyimləri nümayiş etdirilir, yaxud Koreya Müharibə Muzeyində Şimali Koreya əsgərlərinin maketləri var.

Azərbaycan dünya təcrübəsinə əsalanaraq, belə bir parkı açıb. Bununla yanaşı, belə bir park düşmənin alçaldılmasıdır ki, bu da gələcək nəsillərə ötürülən miras hesab oluna bilər.

Gələcək nəsillər bilməlidir ki, düşmən qarşımızda diz çöküb, məhv edilib. Düşmən nə qədər alçaldılsa, ona qalib gəlmək bir o qədər asan olur. Bunun əksi isə ziyanlıdır.

Əslində 30 illik təcrübəmizdə bunu yaşamışıq. Ermənistan haqqında “məğlubedilməz” mifi yaradılmışdı və heç vaxt o torpaqlara qayıda bilməyəcəyimizi düşünürdük. Lakin cəmi 44 günə düşmənin 30 illik işğalına son qoyuldu. Bu müharibə sübut etdi ki, erməni zəifliyin, miskinliyin maketidir.

Hərbi Qənimətlər Parkı Azərbaycanın şanlı qələbəsinin, Ermənistanın isə miskininin mirasıdır.

Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top