Sabir Rüstəmxanlı: "Erməni yalanlarına qarşı Azərbaycanda ciddi informasiya mərkəzi yaradılmalıdır”

GÜNDƏM 13 apr 2021, 15:36
"Şəhid ailələrinin qələbədən böyük təskinliyi yoxdur".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, ancaq qələbənin möhkəmləndirilməsi üçün çox iş görülməlidir: “Biz qələbə eyforiyası ilə yaşadığımız bu vaxtlarda ermənilər bizə qarşı informasiya müharibəsini gücləndirməkdədir. Bu gün Azərbaycanda ciddi informasiya mərkəzinin yaradılmasına ehtiyac var. Adı Qarabağ informasiya mərkəzi ola bilər. Bütün dünyada bizə qarşı gedən erməni yalanlarına bu informasiya mərkəzi vasitəsilə vaxtında cavab verməliyik. Bu işdə peşəkarlar var. Dünya ölkələrində ermənilərin yaydığı bütün yalanlara cavablar hazırlanmalı və müxtəlif dillərə tərcümə edilməlidir”.

S. Rüstəmxanlı çıxışında rayonlarda işsizlik probleminin olduğunu da deyib: “Digər tərəfdən, keçən il demişdim ki, Kür quruyur. Kür bu il keçənilkindən də acınacaqlı vəziyyətdədir. Nazirlər Kabinetindən mənə dedilər ki, kompleks tədbirlər görülür. Bəs hardadır bu kompleks tədbirlər? Sadəcə, Neftçala şəhərinə su çəkildi, amma kəndlərə yox. Kəndlərdə şor sudan istifadə olunur. Kür boyu çoxlu balıq nohuru var. Biz insanları məcbur edirik ki, insanlar şor su, balıqlarsa şirin su içsin. Suvarma sistemini köhnə sistemdən müasir sistemə keçirməliyik”.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top