Partiya sədrinin müavini komadan ayıldı

SOSİAL 12 apr 2021, 22:09
Koronavirusa görə komaya düşən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Arif İsmayılbəylinin vəziyyəti yaxşılaşıb.

Demokrat.az
xəbər verir ki, bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat paylaşıb.

O bildirib ki, A.İsmayılbəyli komadan ayılıb:

“İndicə evlərinə zəng edib, yaxşı olduğunu, yaxın günlərdə xəstəxanadan çıxacağını deyib”.

Qeyd edək ki, A.İsmayılbəylinin həyat yoldaşı Mərziyyə xanım COVID-19-dan vəfat edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top