“COVID-19-a yoluxanların sayı 7 həftədir, artır” — ÜST rəhbəri

DÜNYA 12 apr 2021, 20:38
“COVID-19-a yoluxma ardıcıl yeddi həftədə, ölüm halları isə son bir aydır ki, sürətlə artır”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə deyib.

“Yanvar və fevralda ardıcıl olaraq 6 həftə COVID-19-a yoluxmada azalma müşahidə edildi. İndi isə ardıcıl 7 həftədir ki, yoluxmanın sayı, 4 həftədir ki, ölüm sayı artır”, - deyə ÜST rəhbəri bildirib.

Onun sözlərinə görə, koronavirus adi qrip deyil və mütəxəssislər onun orqanizmə uzunmüddətli təsirlərini hələ bilmirlər. Buna görə də, tədbirlər görməyə davam etmək lazımdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top