Türkiyədən təhlükəsiz turizm üçün daha bir addım — VİDEO


TURİZM 12 apr 2021, 19:59
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyinin (TGA) kordinasiyası ilə turizm sektorunda çalışan işçilərin peyvəndlənməsinə başlanıb.

Busaat.az  xəbər verir ki, peyvəndləmə proqramı aviaşirkətlər, hava limanları, mehmanxanalar, turizm agentliklərinin işçilərini, həmçinin peşəkar bələdçiləri də əhatə edəcək. Turizm sektorunda çalışan bütün işçilərin peyvəndlənməsi cari ilin yay mövsümünə qədər başa çatacaq. Peyvəndləmə “Etibarlı Turizm Sertifikat Proqramı” çərçivəsində qarşıdan gələn yay mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etməyi və turizm işçiləri ilə yerli turistlərin sağlamlığını və təhlükəsizliyini təmin etməyi hədəfləyir.

Türkiyə COVİD-19 ilə mübarizədə və dünyanın ən etibarlı yerlərindən biri kimi mövqeyini daha da yaxşılaşdırma səylərinin bir parçası olaraq dünyanın bu sahədəki ilk və ən müvəffəqiyyətli nümunələrindən biri olan “Təhlükəsiz Turizm Sertifikat Proqramı”na investisiya qoymağa davam edir. Ölkə tətbiqetmənin əhatə dairəsini genişləndirərək 30 və ya daha çox otaqlı mehmanxanalar üçün məcburi edib. İndiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb.

Türkiyə 2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirlər alır və beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top