Mikayıl Cabbarov rekord göstərici barədə məlumat verdi — FOTO

BİZNES 12 apr 2021, 17:10
“2021-ci ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artıb”.

Demokrat.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

Onun sözlərinə əsasən müvafiq dövr ərzində qeyri-neft məhsullarının ümumi ixrac dəyəri 501,6 milyon dollar təşkil edib:

“Bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə də dayanıqlığının göstəricisidir. 2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk üç ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon dolları ötüb”.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top