Ermənistanda koronavirusa yoluxanların sayı 203 mini ötdü

DÜNYA 12 apr 2021, 14:34
Ermənistanda son sutkada koronavirusa 510 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 203 327-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 753 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı isə 182 836-ya çatıb. Hazırda 15 785 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top