“Hikmət Hacıyevin Türkiyə mediası ilə bağlı fikirləri istisnasız həqiqətdir”

SİYASƏT 11 apr 2021, 19:04
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin bu gün keçirilən 3-cü toplantısında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə mediasının Vətən müharibəsindəki fəaliyyətini yüksək qiymtələndirib. Prezident köməkçisi qeyd edib ki, Türkiyə mediası Vətən müharibəsi zamanı Azərbaycan həqiqətlərinin çatdırılmasında mühüm rol oynayıb, bu yöndə ciddi addımlar atıb:

“44 günlük müharibə zamanı Azərbaycana qarşı hibrid müharibə aparılırdı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Türkiyə mediası mühüm rol oynayıb. Azərbaycan və Türkiyə arasında media platforması yaradılıb. Türk Şurası çərçivəsində də media platformasının yaradılmasına ehtiyac var. Müxtəlif media forumları da təşkil oluna bilər. Səylərimizi səfərbər etməli və dünya media müstəvisində sözümüzü deməyi bacarmalıyıq. Güc birlikdədir, əsas məqsəd həqiqətlərimizi birlikdə dünyaya çatdırmaqdır”.

Bununla bağlı Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti  Müşfiq Ələsgərli, Türkiyə mediasının Vətən müharibəsində fədakarcasına fəaliyyət göstərdiyini qeyd edib:

“Hikmət Hacıyevin fikirləri istisnasız həqiqətdir. Türkiyə mediası 44 günlük müharibə zamanı sadəcə baş verənlərlə bağlı informasiya vermədi. Həm də bizim yanımızda durdular, həqiqətlərin bütün dünyaya yayılması üçün var gücləri ilə çalışdılar. Türkiyə mediasının Azərbaycaan böyük dəstək verdiyi birmənalıdır və biz qardaş dövlətə nə qədər təşəkkür etsək azdır. Türkiyə mediası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynadılar.

Azərbaycan türkdilli dövlətlərin media platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüsün gerçəkləşməsi üçün intensiv iş gedir. Bu əməkdaşlıq vacibdir. Bizim dünyaya anlatmaq istədiyimiz həqiqətlər var. Təbii, media azaddır. Lakin elə problemlərimiz var ki, biz bu  məsələlərdə kənar güclər tərəfindən  informasiya təzyiqinə, informasiya savaşına məruz qalmışıq. Biz region olaraq da bir-birimizin dərdini daha yaxşı başa düşürük. Bunu bizdən başqa kimsə bu səviyyədə qiymətləndirə bilməz. Odur ki, bir ölkənin deyil, reigionda yerləşən dövlətlərin media qurumlarının əmədkaşlığını təşkil etməklə, bu problemləri dünya miqyasında daha yaxşı çatdırmaq mümkündür. Bu əməkdaşlıq türkdilli dövlətlin cəmiyyətlərinin daha da yaxınlaşması, tarixi birliyini bərpa etməsi üçün mühüm şərtlərdən biridir və qeyd etdiyim kimi, bu sahədə iş uğurla davam edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top