Krımda iki azərbaycanlı saxlanıldı

KRİMİNAL 11 apr 2021, 15:12
Krım hüquq mühafizə orqanları Bağçasaray şəhərində bir qrup şəxsi terrora hazırlıq şübhəsi ilə saxlayıb.

“Report”un Avropa bürosunun məlumatına görə, onlardan ikisi azərbaycanlıdır.

Onlar 44 yaşlı, əslən Azərbaycanın Xaçmaz rayonundan olan Qaraşov Cahangir və 35 yaşlı, əslən Azərbaycanın Qusar rayonundan olan Dibirkuliev Osmandır.

Saxlanılan şəxslər barədə həbs qətimkan tədbiri seçilib, istintaq başladılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top