Hikmət Hacıyev və Fəxrəddin Altun arasında ikitərəfli görüş keçirilir

DAXİLİ SİYASƏT 10 apr 2021, 14:08
Bakıda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun arasında görüş keçirilir.

Demokrat.az xəbər verir ki, görüşdə media sahəsində görüləcək işlər müzakirə olunur.

“Türkiyənin Azərbaycana media sahəsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Haqq səsimizi dünyaya çatdırmaqda türkiyəli jurnalistlər bizimlə çiyin-çiyinə çalışdılar”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

“Haqlı mübarizəsində Azərbaycanın yanında olmaq bizim üçün şərəfdir”, - bunu isə Fəxrəddin Altun deyib.

“Biz bu haqda övladlarımıza, nəvələrimizə qürur duyaraq danışacağıq”, - deyə o vurğulayıb.(apa.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top