Vasif Talıbov bu şəxsə yüksək vəzifə verdi

DAXİLİ SİYASƏT 09 apr 2021, 14:34
Yeni yaradılan "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə sədr müavini təyin edilib.

Demokrat.az
xəbər verir ki, bununla bağlı muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncamla bu vəzifəyə Xaliq Yunis oğlu Babayev təyinat alıb.

Xatırladaq ki, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC martın 17-də Naxçıvanın Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında yaradılıb. QSC-yə Sahil Abdulla oğlu Tahirli sədr təyin olunub.d

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top