“Azərbaycan beynəlxalq məsələlərdə çox əhəmiyyətli rol oynayır” — Volkan Bozkır

XARİCİ SİYASƏT 09 apr 2021, 11:32
“Azərbaycana səfər etdiyimə görə sevincliyəm. Səfərimin uğurla nəticələnəcəyinə ümid edirəm”.

Demokrat.az
-ın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının (BA) Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır deyib.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Milli Məclisin Sədri Sahibə Qafarova ilə keçirəcəyi görüşlərdə BMT-nin gündəliyində duran məsələlərə dair fikir mübadiləsi aparacaqlar.

“O cümlədən çətin durumda olan ölkələrə yardımların edilməsi, pandemiya ilə mübarizə, peyvəndlərin ədalətli şəkildə bütün ölkələr arasında bölüşdürülməsi, eyni zamanda su problemi, səhralaşma, energetika və s. məsələlər keçirəcəyim görüşlərdə müzakirə olunacaq. Azərbaycan beynəlxalq məsələlərdə çox əhəmiyyətli rol oynayır. Görüşlərdə Azərbaycanın BMT-yə töhfələrinin daha da genişləndirilməsi, BMT-də, Təhlükəsizlik Şurasında islahatlar məsələsi də müzakirə ediləcək”, - deyə o vurğulayıb./APA
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top