Taekvondoçumuz Avropa çempionatında medal qazandı

İDMAN 08 apr 2021, 20:25
Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Böyüklər arasında Avropa çempionatının ilk günü millimiz üçün uğurlu alınıb.

Demokrat.az
-ın xəbərinə görə, qadınların 46 kq çəki dərəcəsində mübarizəyə qoşulan Minayə Əkbərova bürünc medal qazanıb. Yarımfinala çıxan idmançımız rusiyalı rəqibi Larisa Medvedevaya məğlub olsa da, qitə çempionatında üçüncü olub.

İlk gündə Bəhruz Quluzadə (54 kq) və Pərviz İskəndərov (58 kq) birinci döyüşdə uduzublar. Digər qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) isə 1/8 finalda italiyalı Martina Gorellinə qalib gəlsə də, 1/4 finalda rumıniyalı Liana Musteata səddini keçə bilməyib.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top