Baloğlan Əşrəfov: "Hələ də bilmirəm çörək neçəyədir"

ŞOU-BİZNES 06 apr 2021, 15:23
"Mən sənətə başlayan gündən məşhur olmuşam. Hələ indi də bilmirəm ki, marketdə çörəyin qiyməti neçəyədir".

Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Baloğlan Əşrəfov deyib. ARB TV-də yayımlanan "Hüseynova Bacıları" verlişində qonaq olan sənətçi heç vaxt marketə, bazara getmədiyini etiraf edib:

“Mən marketə getmirəm. Bu yaşıma qədər bilmirəm market, bazar necə olur. Bircə dəfə Qubada bazara getdik çəkilişlə bağlı, aləm dəydi bir-birinə. Heç evdən də imkan vermirlər ki, bazarlığa gedəm, özləri edirlər. Atamın ruhuna and olsun ki, hansı şeylərin neçəyə satıldığını bilmirəm. Mənə 30 qəpiklik bir şeyi bir manata versələr alaram”.

Həmin görüntüləri təqdim edirik:
 


Demokrat.az
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top