Hakerlər feysbukun sahibi Zukerberqin şəxsi məlumatlarını ələ keçirdi

İKT 04 apr 2021, 20:31
Feysbuk şirkətinin banisi Mark Sukerberqin telefon nömrəsi, şəxsi məlumatları və sosial şəbəkənin daha 533 milyon istifadəçisinin şəxsi məlumatları sosial şəbəkəyə sızıb.

Bu barədə “New York Post” qəzeti bildirib.

Daha əvvəl “Business Insider” nəşri bildirib ki, feysbukun 106 ölkədən istifadəçisinin şəxsi məlumatları və telefon nömrələri internetə sızıb. Nəşrin məlumatına görə, bu informasiyanı haker forumunda dərc ediblər.

ABŞ-dan olan 32 milyondan çox sosial şəbəkə istifadəçinin, Səudiyyə Ərəbistanından 28 milyondan çox istifadəçinin, həmçinin Rusiyadan demək olar, 10 milyondan çox şəxsin məlumatları ələ keçirilib. Söhbət adlardan, yerin təyin olunması, doğum tarixlərindən və başqa məlumatlardan gedir.

Qəzet bildirib ki, Sukerberqin şəxsi məlumatlarının itkisinə diqqəti tvitter istifadəçilərindən biri yönəldib. O, öz hesabında feysbukun banisinin şəxsi məlumatlarının göstərildiyi skrinşotu paylaşıb.

"İtkiyə gəlincə, söhbət 533 milyon insanın şəxsi məlumatından gedir. İstehza doğuran budur ki, Mark Sukerberq də həmçinin onların arasındadır", - deyə bildirilir.

Feysbuk şirkəti və eyniadlı sosial şəbəkənin əsası 2004-cü ildə Mark Sukerberq tərəfindən qoyulub./“Report”
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top