Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi

DAXİLİ SİYASƏT 03 apr 2021, 20:51
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.
 
Demokrat.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.
 
V.Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiqlənsin.
 
Sərəncamla Şuranın sədri V.Talıbov özü olub.
 
Şuranın üzvləri isə aşağıdakılardır:
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri
 
AMEA Naxçıvan Bölməsinin sədri
 
Naxçıvan Muxtar Respublikasının təhsil naziri
 
Naxçıvan Dövlət Universitetinin rektoru

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top