“Toy eləməyin, amma evlənin: 3 manat pul, bir kəllə qənd və bir molla...” — Həkim

GÜNDƏM 03 apr 2021, 16:05
Bu koronavirusun öhdəsindən gəlmək olarmı?
 
Əlbəttə!!!
 
Üç həftə heç kəs evdən çıxmır və...vəssəlam!!!!

Korona bununla da bitir.

Amma şəkəri olan var. Dərman almalıdır. Aptekləri açaq? Onda ümumi 5 həftə deyək.
“Nuuu”, camaat çörək yeməlidir. Demək dəyirman, çörəkbişirmə zavodları və marketlər işləməlidir. Buna da əlavə 2 həftə.(əslində çoooooox uzun müddət)

Bir uşaqlıq dostum, seçkidə mənim qalib olduğum yerdə müşahidəçi olmuş dinibütün şəxs əməliyyat olmalıdır. Adama “otkaz” edə bilmərəm axı. Buna da əlavə 2 həftə.

Bu hesabla evdə oturaraq bu mərətdən qurtara bilmərik.

Hamının nəyə isə ehtiyacı var.

Kimləri məscid istəyir, kimləri toyxana, kimləri isə...yas məclisi.

Dostlar, ilişmişik. Qəzadan sonra boynum ağrıyır, tərpənmir.   Bir az səbrsizəm indi. 

Əslində, əziyyət çəkirəm. Qısa deyəcəm.

Ehtiyaclarınızı azacıq sadələşdirin.

Toy eləməyin, amma evlənin: 3 manat pul, bir kəllə qənd və bir molla.

Yas verməyin. Vatsap qrupları var. Allah rəhmət eləsin, ya da başın sağ olsun, qardaş! 

Vəssəlam!

Məscid axtarmayın, evinizdə ...moizə oxuyun.

Zəmanə pisdir.

Dişinizi sıxın! Peyvənd təsirli olsa, toyxana da açılacaq, mərasim evi də, məscid də.

Amma Kəbə və Masumiyyə yerləşdikləri ölkə hakimiyyəti peyvəndləmə aparmasa, açılmayacaq.
 
Vasif İsmayıl
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top