Hacıbala Abutalıbovun saxlanılan müavini kimdir? — MARAQLI FAKTLAR

GÜNDƏM 03 apr 2021, 12:46
Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılan Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev keçmiş "siyasi məhbus" olub. 

Demokrat.az
xəbər verir ki, Rasim Quliyev 1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda başlanan Milli-Azadlıq Hərəkatının liderlərindən biri olub. 

O, həmin dövrdə Dövlət Neft Akademiyasında (indiki adı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlanır) tələbə hərəkatının lideri kimi Meydan hərəkatına yaxından dəstək verib. Buna görə ölümlə hədələnib, həbs olunub. 
 
Rasim Quliyev 1992-ci ilin dekabr ayında Bakıda keçirilən Heydər Əliyevə dəstək aksiyalarında fəal iştirakına görə Əbülfəz Elçibəy hakimiyyətinin sifarişi ilə həbs olunub, həbsxanada aclıq elan edib. O, bu həbsinə görə beynəlxalq təşkilatlar tərəfindən "siyasi məhbus" elan edilib.

Həmin illərdə beynəlxalq təşkilatlar Elçibəy hakimiyyətindən Rasim Quliyevin dərhal azadlığa buraxılmasını tələb ediblər. 

Sonrakı illərdə mərhum prezident Heydər Əliyev tərəfindən Rasim Quliyevin Vətənə sədaqətli və dövlətçilik təfəkkürünün olması kimi keyfiyyətləri nəzərə alınaraq, müxtəlif vəzifələrdə irəli çəkilib. Onun qardaşı Bəhruz Quliyev isə hazırda "Səs" qəzetinin baş redaktorudur.  


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top