"Koronavirusdan qurtulmaq istəyiriksə, mütləq peyvənd olunmalıyıq” — Deputat

SOSİAL 03 apr 2021, 00:17
"Əgər biz bu lənətə gəlmiş virusa qalib gəlmək istəyiriksə, yaxınlarımızı, əzizlərimizi qorumaq istəyiriksə qəbul olunan qaydalara əməl etməliyik”.

Demokrat.az bildirir ki, bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib. Onun sözlərinə görə, virusdan azad olmağın ən vacib yolu vaksinasiya prosesidir:

"Biz o vaxt ki, gigiyenik qaydalara əməl edirik, tibbi maska taxıb ara məsafəsi saxlayırıq, o zaman yoluxma və ölüm halları aşağı düşür. Əks halda isə virusa yoluxmanın kütləvi artımı statistikada özünü göstərir. Bütün bunlarla yanaşı ən başlıca amil isə vaksinasiya prosesindən keçməkdir. Hər bir vətəndaş peyvəndlənmə prosesinə ciddi yanaşmalıdır. Koronavirusdan qurtulmaq istəyiriksə, ona qalib gəlmək istəyiriksə, mütləq peyvənd olunmalıyıq”.

Fəzail Ağamalı onu da qeyd edib ki, özü də iki də peyvənd olunub və heç bir əks təsir müşahidə etməyib:

"Şəxsən mən iki dəfə vaksin qəbul etdim. Bu əməliyyat zamanı hər hansı bir əks-təsir, narahatlıq müşahidə etmədim. Buna baxmayaraq həmin o 3 qızıl şərtə yenə də əməl edirəm, tibbi maskadan istifadə edirəm, sosial məsafə gözləyirəm, gigiyenik qaydalara əməl edirəm. Onu da deyim ki, biz kifayət qədər məsuliyyətli xalqıq, buna görə düşünürəm ki, hər bir vətəndaş öz üzərinə düşən vəzifəni yerinə yetirməli və qaydalara əməl etməlidir”.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top