Nuşirəvan Məhərrəmli MTRŞ-nın üzvlüyündən də getdi

GÜNDƏM 30 mar 2021, 15:02
Nuşirəvan Məhərrəmov Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası üzvü vəzifəsindən azad edilib.

“MediaPost”un əldə etdiyi məlumata görə, 2015-ci ildə ölkə başçısının Sərəncamı ilə, 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilən N.Məhərrəmli səlahiyət müddəti başa çatdığından vəzifəsini tərk edib. 

Qeyd edək ki, N.Məhərrəmli qurumun 6 aprel 2020-ci il tarixli iclasında sədr vəzifəsindən uzaqlaşdırılıb, işini MTRŞ-nın üzvü kimi davam etdirirdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top