Tələbə yataqxanalarında aylıq məbləğ AÇIQLANDI

SOSİAL 28 mar 2021, 14:54
Naxçıvan Muxtar Respublikasının  Nazirlər Kabineti “Yataqxanalarda yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği”nin təsdiq edilməsi barədə qərar qəbul edib. 

Demokrat.az-ın məlumatına görə, qərar Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təklifləri nəzərə alaraq qəbul olunub. 

Qərara əsasən, tələbə yataqxanalarında yaşayış sahəsindən istifadəyə görə haqqın aylıq məbləği aşağıdakı kimi müəyyən edilib:

- Naxçıvan Dövlət Universitetinin Tələbə Evi - 80 manat

-“Naxçıvan” Universitetinin tələbə yataqxanası - 100 manat

- Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinin tələbə yataqxanası - 150 manat.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top