Energetika Nazirliyi yanında İctimai Şuraya təkrar seçkilər olacaq

SƏNAYE VƏ ENERGETİKA 27 mar 2021, 00:20
Martın 30-da, saat 11:00-dan 13:00-a qədər Energetika Nazirliyi yanında İctimai Şuranın boş qalan yerləri üçün təkrar seçkilər keçiriləcək.

Demokrat.az nazirliyə istinadən xəbər verir ki, bununla bağlı nazirlikdaxili Seçki Komissiyası martın 19-da qərar qəbul edib.

Seçkilərdə iştirak üçün müraciət etmiş vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən qeyd olunan tarixdə şəxsiyyət vəsiqəsi ilə Hökumət Evinin 5-ci qapısına yaxınlaşmaları və karantin rejiminin tələblərinə ciddi riayət etmələri xahiş olunur.

Xatırladaq ki, martın 18-də baş tutmuş ilk seçkilərdə cəmi 1 nəfər yetərli səs toplayaraq İctimai Şuraya üzv seçilib. Şura üzvlərinin say həddi isə 7 nəfərdir.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top