Bill Qeyts pandemiyanın bitəcəyi tarixi açıqladı — ŞOK PROQNOZ

MARAQLI 26 mar 2021, 00:18
“Microsoft”un qurucusu, milyonçu Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

Bill Qeytsin fikrincə, dünya 2022-ci ilin sonunadək normal vəziyyətə qayıda bilər.

Qatıldığı televiziya proqramında sualları cavablayan Qeyts pandemiyanın səbəb olduğu inanılmaz faciəninin sona çatmasına kömək edəcəyini də vurğulayıb: "Biz 2022-ci ilin sonunda tamamilə normala dönmüş olmalıyıq"

Qeyd edək ki, Qeyts 2015-ci ildə verdiyi açıqlamada yer üzündə sürətlə yayılan bir virusun milyonlarla insanın ölümünə səbəb olacağını demişdi.

Bill Qeyts və həyat yoldaşı Melinda Qeytsin adını daşıyan "Bill & Melinda Qeyts" vəqfi vasitəsilə COVID-19 epidemiyası ilə qlobal səviyyədə mübarizəni dəstəkləmək üçün ən az 1,75 milyard dollar vəd edib. Bu vəsaitə bəzi peyvənd istehsalçılarının, diaqnozların və potensial müalicələrin dəstəklənməsi daxildir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top