Yazıçıdan sərt tənqid: “Müharibəni “xaltura“ mövzusuna çevirməyin!“

GÜNDƏM 24 mar 2021, 00:25
"Müharibə ağır mövzudur. Vətən müharibəsinə özünüpiar vasitəsi kimi baxmaq isə əxlaqdan uzaq işdir".

Demokrat.az xəbər verir ki, bu barədə yazıçı-jurnalist, tarixçi Natiq Məmmədli sosial şəbəkə statusunda yazıb. 

Yazıçı bildirib ki, məsələnin başqa tərəfi də var: 

"Bir ucdan kitablar çıxır, ədəbiyyat dönüb olub istehsalat sahəsi. Hansısa dayaz jurnalistin uydurduğu söz-söhbət çönüb olur hekayə, roman. Müharibə haqqında təsirli və dəyərli əsərləri cəbhələrdə döyüşmüş, barıtın, qanın qoxusunu öz ruhuyla hiss eləmiş, bu ağrını ömür boyu daşıyan insanlar yaza bilər. Vətən müharibəsində nə qədər istedadlı qələm dostumuz, yazarlar, jurnalistlər iştirak etdilər, qazi oldular. İndi onların səsi çıxmır, amma özü yatıb, qələmi yazan qrafomanlar at oynadır. Müharibə olub bunlar üçün xaltura mövzusu".

N.Məmmədli qeyd edib ki, bəzi yazılanları oxuyur: 

"Sadəcə başa düşə bilmirəm, bunlar öz bəsit düşüncələrinə ilham verən şövqü hardan alırlar? Bəli, yalançıları qəhrəman etmək olmaz. Vətən müharibəsi kimi şərəf tarixini xaltura mövzusuna çevirməyin!".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top