Xəstəxanaya yerləşdirilmiş Əməkdar artistin vəziyyətindən xəbər var

İNCƏSƏNƏT 22 mar 2021, 15:00
“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırovun səhhətində irəliləyiş var”.

Bunu Oxu.Az-a açıqlamasında aktyorun bacısı Fəridə Bağırova bildirib.

O bildirib ki, aktyorun vəziyyəti stabildir:

“İndi az-az bizlə danışır. Hazırda qardaşımın müalicəsi Heydər Əliyev Fondunun nəzarətindədir. Biz göstərilən köməyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təşəkkür edirik”.

Qeyd edək ki, Əməkdar artist infarkt keçirmişdi. O, martın 3-də 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra Heydər Əliyev Fondunun göstərişi ilə Əməkdar artist özəl xəstəxanaya köçürülüb. Hazırda orada müalicəsi davam etdirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top