Azərbaycan polisindən nümunəvi addım: 3700 şəhid və qazi ailəsi ziyarət olundu Foto

MARAQLI 21 mar 2021, 18:56
Daxili İşlər Nazirliyi (DİN) həmişə olduğu kimi Novruz bayramında da nümunəvi təşəbbüskarlığı ilə təqdirəlayiq addım atıb.

Demokrat.az
-ın məlumatına görə, DİN-nin bütün şəhər polis idarələri və rayon polis şöbələri bayram münasibəti ilə şəhid və qazi ailələrinə baş çəkiblər.

Polis əməkdaşları Novruz bayramında 3700 şəhid və qazi ailəsini ziyarət ediblər, onlara bayram sovqatı aparıblar. Respublikanın bütün polis şöbələrinin əməkdaşları şəhid və qazi ailələrinə bayram payı hədiyyə etməklə təkcə onların sevincinə səbəb olmayıblar, həm də dövlətin, onun siyasi rəhbərliyinin, heç şübhəsiz ki, eyni zamanda DİN rəhbərliyinin Vətən müharibəsi qəhrəmanlarına olan diqqətini, qayğısını nümayiş etdiriblər.

Bununla DİN həm də digər qurumlara nümunə olublar, ayrı-ayrı nazirlikləri, komitələri təşviq ediblər ki, şəhid və qazi ailələri bizim birinci dərəcəli nəzərimizdə olmalıdırlar.

Ümumiyyətlə, DİN rəhbərliyi həmişə şəhid və qazi ailələrinə xüsusi diqqət göstəriblər, onların müraciətlərinə həssaslıq göstəriblər, Ramazan, Qurban, Novruz bayramlarında onları ziyarət ediblər.

Bu bayramda da 44 günlük Vətən müharibəsinin qəhrəmanları diqqətdən kənarda qalmayıblar, ölkənin bütün polis şöbələrindən onları ziyarətə gediblər. Təbii ki, bu da müsbət addımdır, dövlətin müharibə qəhrəmanlarının ailələrinə dəstəyinin bir təzahürüdür və bütün dövlət qurumları da oxşar addımlar atmalıdırlar.















DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top