Azərbaycan neft ixracını 4 % azaldıb

SƏNAYE VƏ ENERGETİKA 20 mar 2021, 21:48
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bunun 4,6 milyon tonu konsorsium, 255 min tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür.

Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq ayına nisbətən təxminən 182 min ton, yəni 4 % azdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top