“Baktelekom”un rəhbəri dəyişdi

İKT 16 mar 2021, 17:10
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin ("Baktelekom") baş direktoru Rövşən Əliyev vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, sözügedən vəzifənin icrası baş direktorun müavini Nail Mərdanova həvalə olunub.

“Baktelekom”dan xəbəri “Report”a təsdiq ediblər.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top