Qardaş Azərbaycan və Pakistan Türkiyə istehsalı olan ATAK T-129 döyüş helikopterləri almaq üçün rəsmi Ankaraya müraciət edib.
Demokrat.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Pakistanla 30 helikopter üçün müqavilələr imzalansa da, ABŞ bunu əngəlləyib.
"Hazırda ATAK helikopterlərində ABŞ istehsalı olan gücləndirici iki motor mövcuddur və Birləşmiş Ştatlar bu səbəbdən satışa əngəl törədir. Türkiyə məsələni yoluna qoymaq üçün ABŞ-dan 6 ay vaxt istəyib", deyə Türkiyə mediası yazır.
Məsələylə bağlı açıqlama verən Türkiyə Aerokosmik Sənayesi Baş Direktoru Prof. Dr. Təməl Kotil, ATAK helikopterlərində TUSAŞ Mühərrik Sənayesi tərəfindən istehsal olunan yerli mühərrikin testlərinin davam etdirildiyini bildirib.
Türkiyə Aerokosmik Sənayesinin (TUSAŞ) gördüyü işlər barədə məlumat verən Kotil, yeni istehsal ediləcək və tamamilə yerli olacaq ATAK-2 helikopterinin, öz sinfində dünyanın ən yaxşılarından olmasını hədəflədiklərini deyib.

"Hələlik ATAK 2 helikopterlərinin mühərriki Ukraynadan gəlir. 11 ton ağırlığında olacaq helikopter 1500 kq silah daşıyacaq. İndiki ATAK T-129 helikopterləri 300 kq silah daşıyır. ATAK-2 helikopterlərinin isə öz sinfində dünyanın ən yaxşısı kimi göstərilən ABŞ-ın Apache helikopterindən üstün olmasını planlaşdırırıq", deyə Kotil qeyd edib.(avropa.info)