Azərbaycanda siqaret bahalaşdı

BİZNES 11 mar 2021, 10:27
Bu gündən Azərbaycanda bütün növ siqaretlərin qiyməti artırılıb.

Bu barədə "Report"a siqaret satışı ilə məşğul olan şəxslər məlumat verib.

Onların sözlərinə görə, ötən günlə müqayisədə qiymətlərdə 20 qəpik artım var.

"Siqaretin topdan satışı ilə məşğul olan firmalar bu gündən bizə malları yeni qiymətlərlə göndərib. Qiymət artımı bütün siqaret markalarında olub", - pərakəndə siqaret satıcıları bildiriblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top