Saunaya gedən müştərilər həbs edildi, masajçılar cərimələndi — VİDEO

HADİSƏ 09 mar 2021, 12:34
Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.

Demokrat.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Şəmkir RPŞ-yə rayon ərazisindəki “ABİ” otel kompleksinə daxil olan, “Məşədibad hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilərdən ibarət 23 şəxs Polis Şöbəsinə gətirilib.
Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

SPA Mərkəzində masaj xidmətləri göstərən Vüsalə Balabeyova, Türkay Cəlilova və 3 nəfər müştəri- Nağı Həsənov, Cavid Hüseynov, Samir Məmmədov  barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə SPA mərkəzinin işçiləri 200 manat cərimə edilib, müştərilər isə 8 sutka müddətinə inzibati qaydada həbs edilib.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top