Türkiyədə dövlət sirrini yayan 2 jurnalist həbs edildi

DÜNYA 09 mar 2021, 09:48
Türkiyədə iki jurnalist dövlət sirrini yaydığı üçün həbs cəzası alıb.

Demokrat.az xəbər verir ki, bu haqda məlumatı “gazetedavul.com” nəşri yayıb.

Mənbə yazır ki, OdaTV-nin xəbər redaktoru Müyesser Yıldız üç il yeddi ay, “TELE1”in Ankara təmsilçisi İsmayıl Zeki Dükel isə eyni ittihamla 1 il 15 gün həbs cəzasına məhkum edilib. Yıldız və Dükel 12 iyun tarixində casusluq ittihamı ilə nəzarətə alınıb.

Daha sonra onlar Türkiyənin Liviyadakı hərbi müdaxiləsi ilə bağlı dövlət sirlərini açıqlamaqda günahlandırılıb.

T24 xəbər verir ki, hərbi zabit Erdal Baran da Yıldız və Dükelə məlumat ötürdüyü üçün yeddi il altı ay həbs cəzası alıb.(bizim.media)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top