Kibercinayətkarlar banklardan 54 milyon avro oğurladı

DÜNYA 08 mar 2021, 20:17
Böyük Britaniyadan idarə olunan mütəşəkkil cinayətkar dəstə fırıldaqçılıq yolu ilə Çexiyadakı banklardan və sığorta şirkətlərindən 1.4 milyard kron (təqribən 54 milyon avro) vəsaiti oğurlayıb.

Bu barədə TASS məlumat yayıb.

Sözügedən işlə bağlı 21 fakt üzə çıxıb. Şübhəli şəxslərdən dördü Çexiya ərazisində yaşayır. Onlardan üçü ölkənin vətəndaşlarıdır.

Faktla bağlı araşdırmalar davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top