Azərbaycanlı futbolçu Emin Ağalarovun 2 villasını satın aldı

İDMAN 08 mar 2021, 17:23
Millinin və «Sabah»ın hücumçusu Ramil Şeydayev özünə yeni mülk alıb. Özü də bir yox, ikisini.

Son günlər intizamsız davranışı ilə gündəmə gələn forvard Mərdəkanda yanaşı tikilən iki villaya sahiblənib.

O, buranı tanınmış ifaçı və iş adamı Emin Ağalarovdan satın alıb.

Məşhur «SeeBreeze» istirahət kompleksinin yaxınlığında yerləşən malikanələrin real qiyməti 500-550 min dollardan başlayır.

Amma Ağalarov Rusiyadan yaxından tanıdığı Şeydayevə qiymət mövzusunda xeyli güzəştə gedib. Millinin forvardı hər bir villa üçün 200 min dollar ödəyib.(yenisabah.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top