Emin Əmrullayev: "Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir"

GÜNDƏM 08 mar 2021, 14:34
"Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər".

Demokrat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “facebook” səhifəsində paylaşıb.

O bildirib ki, təhsil prosesinin də mərkəzində qadınlar dayanır: " Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir. Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top