Spikerdən xanımlara təbrik: “Zərifliyin, gözəlliyin nişanəsisiniz”

GÜNDƏM 08 mar 2021, 13:16
Milli Məclis sədri Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib.

Spiker  özünün “Facebook” hesabında yazıb:

“Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.

Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm.

Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban veriblər.

Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top