Kamran Əliyev Azərbaycan xanımlarını təbrik etdi

GÜNDƏM 08 mar 2021, 12:24
Azərbaycan Baş Prokuroru Kamran Əliyev Beynəlxalq 8 Mart - Qadınlar Günü münasibətilə xanımları təbrik edib.

Demokrat.az xəbər verir ki, təbrikdə deyilir:

"Əziz qadınlar! Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Hər gün, hər an işdə və evdə zərif, diqqətli və qayğıkeşsiniz. Həyatlarını prokurorluqda xidmətlə əlaqələndirən qadınlara ayrıca minnətdarlıq bildirmək istəyirəm.

Qarşınızda duran vəzifələrin öhdəsindən vicdanla və fədakarlıqla gəlməyiniz Sizin böyük potensiala və əzmə malik olmağınızın göstəricisidir. Bizim uğurlarımızın arxasında çox vaxt sizin müdrikliyiniz, səbriniz və dəstəyiniz dayanır.

Prokurorluğun veteran xanımlarına da uzun illər qanunlara qüsursuz xidmət göstərdiklərinə görə minnətdarlığımı bildirirəm. Sizə cansağlığı, sevgi, xoşbəxtlik, ailə rifahı və peşə uğurları diləyirəm.

Bayramınız mübarək!"

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top