Ərdoğan Merkellə videoformatda görüşdü

DÜNYA 05 mar 2021, 19:39
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.

Demokrat.az
xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Bildirilib ki, tərəflər görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı ilə bağlı məsələlərə toxunub, Türkiyənin Avropa İttifaqı ölkələri ilə münasibətlərini müzakirə ediblər.

Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, eləcə də Prezidentin sözçüsü İbrahim Kalın iştirak edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top