Masallı sakini qaynını xəstəxanalıq etdi

KRİMİNAL 05 mar 2021, 09:09
Masallıda qohumlar arasında xəsarətlə bitən dava olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə Masallı şəhərində baş verib.

Nəriman Nərimanov küçəsi ev 76 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Ramiq Babayev Təcili Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ çiynin ön nahiyəsinin deşilmiş yarası diaqnozu qoyulub. Yaralının dediyinə görə, o, münaqişə zəminində yeznəsi Vüsal (soyadı dəqiqləşdirilir -red) tərəfindən vurulub.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top