Ceyhun Bayramov Türkiyədə helikopter qəzasına görə başsağlığı verdi

XARİCİ SİYASƏT 04 mar 2021, 22:00
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı şəhid ailələrinə və qardaş xalqa başsağlığı verib.

Bu barədə nazir “Twitter” səhifəsində yazıb.

“Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan doqquz şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik. Başın sağ olsun, qardaş Türkiyə!”, - deyə o, qeyd edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top