Türkiyədə helikopter qəzasında ölənlərin sayı yenidən artdı YENİLƏNİB-2

DÜNYA 04 mar 2021, 23:12
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 11-ə çatıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qəzada ağır yaralanmış daha bir əsgər həyatını itirib, daha 2 hərbçi yaralanıb.

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

Hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

21:55
Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sarı 10 nəfərə yüksəlib.


Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib.

Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

Hadisə Türkiyə Quru Qoşunlarına məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

Faktla bağlı araşdırma aparılır.
19:50
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Qəza zamanı 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb./Modern.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top