Dövlət Gömrük Komitəsində yoxlamalar aparılır? — Səfər Mehdiyevdən AÇIQLAMA

SOSİAL 04 mar 2021, 12:37
"Dövlət Gönrük Komitəsində (DGK) hər hansı yoxlamaların aparılması və 700 milyon manat kəsirin yaranması ilə bağlı yayılan məlumatlar tamamilə əsassız və yalandır".

Demokrat.az xəbər verir kia, bunu Komitənin sədri Səfər Mehdiyev 2020-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə bildirib.

"DGK bu xəbərə sadəcə üzülüb. Bu cür yanlış məlumatları yayıb, komitənin fəaliyyətini gözdən salmaq istəyən insan və qüvvələr var. Bu, hansısa qüvvələrin və özünü “ekspert” adlandıran şəxslərin oyunudur. Biz tarladan pambıq toplamırıq ki, kəsirimiz olsun. Son 3 il ərzində 2 milyard manat əlavə vəsait büdcəyə toplanıb. Bu, cənab prezidentin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurları görməyənlər kordur və ictimaiyyətə bu cür yalanların səviyyəsinə enmək fikrimiz yoxdur”, - o qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top