Ermənistanda koronavirusa yoluxan və ölənlərin sayı kəskin artdı

DÜNYA 04 mar 2021, 11:45
Ermənistanda son sutkada daha 491 nəfər COVID-19-a yoluxub.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 173 307-ya çatıb. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 3 208-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 820 nəfərdir. İndiyədək 164 085 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 5 194 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, ötən gün Ermənistan Səhiyyə Nazirliyi 360 nəfərdə COVID-19-un aşkarlandığını, 2 nəfərin isə virusdan öldüyünü açıqlamışdı.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top