Qurultaydan gözləntilər: YAP Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzovla sağollaşır

GÜNDƏM 04 mar 2021, 10:33
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 5 martda növbədənkənar qurultaya gedəcəyi ilə bağlı məlumat var.

Hakim partiya yayılan informasiyanı nə təkzib, nə də təsdiq edib. Hətta YAP-ın parlament təmsilçiləri olan deputatlar da mətbuata açıqlamalarında qurultaydan xəbərsiz olduqlarını bildiriblər.

Bugünlərdə isə daha bir məlumat yayılıb. Bildirilib ki, YAP qurultayı 200 nəfərlə qapalı formada keçirəcək.

Cebhe.info-ya daxil olan məlumata görə isə qurultayın gizli saxlanılması YAP-dan yola salınacaq şəxslərlə bağlıdır. Belə ki, Baş nazirin müavini, YAP Sədrinin müavini – icra katibi Əli Əhmədov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP-ın İdarə Heyətinin üzvü Siyavuş Novruzov növbədənkənar qurultayda yeniləri ilə əvəzlənəcək.

İddia olunur ki, YAP rəhbərliyində tamamilə yeni komanda təmsil olunacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top