"Tərtər hadisələri"ndə həbs edilənlərin yaxınları PA qarşısında aksiya keçirirlər

HADİSƏ 02 mar 2021, 16:40
"Tərtər hadisələri" zamanı vətənə xəyanətdə ittiham edilərək həbs edilən şəxslərin ailələri Prezident Administrasiyası (PA) qarşısında aksiya keçirir.

Demokrat.az xəbər verir ki, sosial şəbəkələrdə aksiyanın görüntüləri yayılıb. Həbs edilənlərin yaxınları keçirilən məhkəmə proseslərinə buraxılmadıqlarını bildiriblər. Onlar “Tərtər hadisələri” zamanı həbs edilənlərin həbsdə zorakılığa məruz qaldığını iddia ediblər. Həbs edilənlərin yaxınları ünvanladıqları müraciətlərin aidiyyatı qurumlara çatdırılmadığını, buna xüsusi şəxslərin maneə yaratdığını iddia edərək Prezident Administrasiyası rəsmiləri tərəfindən qəbul edilmələrini və problemlərinin həll edilməsini tələb ediblər.

Qeyd edək ki, 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, bir qrup hərbçinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.

Həmin tarixdən etibarən mətbuatda “Tərtər hadisələri” kimi təqdim olunan sözügedən istintaq prosesi ilə bağlı, işgəncə və zorakılıq iddiaları səsləndirilir.(yeniavaz.com)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top