Britaniya mediası: “İsgəndər” raketi Bakı səmasında vurulub — VİDEO

GÜNDƏM 02 mar 2021, 16:16
Ermənistan noyabrda Qarabağ müharibəsi zamanı Rusiya istehsalı olan ballistik “İsgəndər” raketini Bakını vurmaq üçün istifadə edib. Lakin raket Bakı üzərində Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Demokrat.az
xəbər verir ki, bu sensasion materialı yüksək rütbəli məmura istinadla Britaniya nəşri "Middle East Eye" yayımlayıb.

“İrəvan “İsgəndər” ballistik raketi ilə atəşkəsdən bir neçə gün əvvəl Bakını vurmaq istəyib. Amma Azərbaycan Silahlı Qüvvələri tərəfindən istismar olunan HHM sistemi, daha dəqiq desək, İsrailin “Barak-8” sistemi onu havada məhv edə bilib”, - deyə britaniyalı məmur bildirib.

Qeyd edək ki, Azərbaycan Vətən müharibəsi zamanı Ermənistanın "İsgəndər" sistemindən istifadəsinin qeydə alınmadığını rəsmən açıqlayıb.(Bakıpost.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top