Yerli telekanallar “Formula 1” yarışlarına buraxılmayacaq

İDMAN 02 mar 2021, 13:12
Yerli televiziya və radio nümayəndələrinin "Formula 1" yarışlarında akkreditasiyasına icazə verilməyəcək. 

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Ayan Nəcəf məlumat verib. O qeyd edib ki, yeganə yayım hüququna malik telekanal "İdman TV" olacaq. 

Bundan əlavə, daimi akreditasiyası olmayan xarici jurnalistlər də "Formula 1"i işıqlandıra bilməyəcək. 

Ümumilikdə, "Formula 1" yarışlarında akkreditasiyadan keçən mətbuat nümayəndələrinin sayında 30-40 faiz azalma gözlənilir. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top